Tacikistan və Qırğızıstan arasındakı sərhəd martın 13-də açılacaq.
Xeberlenti.com xəbər verir ki, bu barədə Tacikistan KİV-ləri xəbər verir.
Hazırda sərhəddə Soqd və Batken vilayətlərinin rayon rəhbərləri görüşür, onlar dövlət sərhədlərinin açılmasına hazırlaşırlar.
“Sərhəd keçidinin hər iki tərəfdən rəsmi açılışı iki ölkənin yüksək səviyyəli hökumət rəsmiləri və sərhəd xidməti əməkdaşlarının iştirakı ilə baş tutacaq”, – mənbə bildirib
Bu məlumatı İsfara administrasiyası da təsdiqləyib.
Qeyd edək ki, 2021-ci ilin sentyabrından münaqişə səbəbindən iki respublika arasında sərhəd bağlanıb.
Dövlət sərhədləri haqqında sazişin Bişkekdə şəxsi görüş zamanı Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rahmon və Sadır Japarov tərəfindən imzalanacağı gözlənilir. E.Rahmonun səfəri martın 12-13-də baş tutacaq.