Rusiya həmişə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarı olub.
“XEBERLENTİ.COM”un yerli KİV-inə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib.
Rusiya Prezidenti bəyan edib ki, Bakı və İrəvan həmişə münasibətlərin normallaşmasında Rusiya tərəfinin köməyinə arxayın ola bilərlər.
Məlumata görə, Paşinyan Rusiya Prezidentini Ermənistan və Azərbaycan arasında sülh sazişi mətninin razılaşdırılmasının başa çatması və İrəvanın bu sənədi imzalamağa hazır olması barədə məlumatlandırıb.