XƏBƏRLENTİ

xeberlenti.com

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Saray körpüsü İSTİFADƏYƏ HAZIRDIR

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.
XEBERLENTİ.COM xəbər verir ki, artıq körpüdə asflatlama işləri yekunlaşıb.

Eyni zamanda, körpününün üzərində müvafiq yol nişanları quraşdırılıb, zolaqlar çəkilib. Artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

Saray körpüsünün yaxın günlərdə istifadəyə verilməsi gözlənilir.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb və yeni körpünün inşasına start verilib.

Xeberlenti.com

 

About Author