XƏBƏRLENTİ

xeberlenti.com

Tokayev TBNM-ə birbaşa çıxışı olacaq yeni avtoyolun tikintisinin başlanıldığını elan edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Qurultayda yeni avtomobil yolunun tikintisinin başlandığını elan edib.

“XEBERLENTİ.COM”xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

“Hökumətə Astanadan Arkalık, Turqay və İrgiz vasitəsilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) birbaşa çıxışı olacaq avtomobil yolunun tikintisinə başlamaq tapşırılıb”, – o bildirib.

K.Tokayevin sözlərinə görə, yeni magistral ölkənin mərkəzi və qərb bölgələri arasındakı məsafəni 560 kilometr azaltmağa imkan verəcək.

O əlavə edib ki, Arkalıkda hava limanı bərpa edilməli və orada yeni aerovağzal kompleksi tikilməlidir.

About Author