XƏBƏRLENTİ

xeberlenti.com

Heydər Əliyev adına Hərbi İnstitutda xarici ölkələrdən olan kursantlar da təhsil alır

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda yerli tələbələrlə yanaşı, xarici ölkələrdən olan kursantlar da təhsil alırlar.

“Xeberlenti.com”xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta təşkil olunan mediatur zamanı bildirilib.

İnstitutun rektoru polkovnik Ümidvar Quliyev deyir ki, hazırda təhsil müəssisəsində 3 ölkədən xarici kursant təhsil alır:

“Burada Qırğızıstan, Tacikistan və Türkiyədən olan xarici kursantlar da təhsil alır. Həmçinin, yaxın müddətdə İtaliyadan olan nümayəndələrin instituta gələcəyi gözlənilir. Gələcəkdə bu ölkənin vətəndaşları da bizim institutda təhsil ala bilərlər”.

Rektorun sözlərinə görə, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutuna sənəd qəbulu bu ildən elektronlaşdırılıb:

“Sənəd qəbulu prosesində şəffaflığı artırmaq üçün bu sahədə bir çox tədbirlər həyata keçirilir. Onlardan biri də sənəd qəbulunun elektronlaşdırılmasıdır. Bu, bölgələrdə yaşayan vətəndaşların işini daha da asanlaşdırıb”.

“XEBERLENTİ”.COM

About Author