İşğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib.
“Xeberlenti.com”xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı birgə məlumatda bildirilir.
Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı birgə məlumatda bildirilir.
“1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır”, – məlumatda deyilir.
Qeyd edək ki, bu gün ANAMA-nın əməkdaşı da Cəbrayıl rayonu ərazisində minaya düşüb.
Qeyd edək ki, bu gün ANAMA-nın əməkdaşı da Cəbrayıl rayonu ərazisində minaya düşüb.