Bu ilin ilk iki ayında xarici ölkələrdən Azərbaycana gələn turistlər Şuşa şəhərində ümumilikdə 52 gecə keçiriblər.
“Xeberlenti.com”açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər arasında Şuşada ən çox Türkiyə vətəndaşları gecələyiblər.
Qeyd edək ki, əcnəbi turistlərin Şuşa şəhərində keçirdiyi gecələmələrin ölkələr üzrə bölgüsü aşağıdakı kimidir:
– Türkiyə vətəndaşları – 36 gecə
– Rusiya vətəndaşları – 7 gecə
– Gürcüstan vətəndaşları – 6 gecə
– Ukrayna vətəndaşları – 4 gecə
– Qazaxıstan vətəndaşları – 3 gecə
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə əcnəbi turistlər builkindən təxminən iki dəfə çox – ümumilikdə 132 gecə Şuşada qalıblar. Həmin dövrdə Şuşada Oman, Özbəkistan, Pakistan və Litva vətəndaşları da gecələyiblər.
Elnur Əli