XƏBƏRLENTİ

xeberlenti.com

FHN Nəvahidə 11 ədəd ikiotaqlı evin tikintisinə 718 min manatdan çox vəsait xərcləyəcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti tender müsabiqələri elan edib.

“Xeberlenti.com”xəbər verir ki, tender müsabiqələri Nəvahi qəsəbəsində 11 ədəd ikiotaqlı, Salyan və Sabirabad rayonlarında isə 4 ədəd ikiotaqlı fərdi yaşayış evinin tikintisini əhatə edir.

Qeyd edək ki, Nəvahi qəsəbəsində tikiləcək 11 ədəd ikiotaqlı fərdi yaşayış evinin ehtimal olunan dəyəri 718 min 352 manat 14 qəpik, Salyan və Sabirabad rayonlarında tikiləcək 4 ədəd ikiotaqlı fərdi yaşayış evinin ehtimal olunan dəyəri isə 261 min 218 manat 96 qəpik təşkil edir.

Açıqlanan məlumatlara əsasən, FHN Nəvahi qəsəbəsində bir ədəd ikiotaqlı fərdi yaşayış evinin tikintisinə 65 min 305 manat, Salyan və Sabirabad rayonlarında tikiləcək bir ədəd ikiotaqlı evin tikintisinə isə 54 min 55 manat vəsait ayırmağı planlaşdırır.

Elnur Əli

About Author