XƏBƏRLENTİ

xeberlenti.com

Gəncədə qidadan zəhərlənmiş ailə evə buraxılıb

Gəncə şəhərində qidadan zəhərlənmiş ailə xəstəxanadan evə buraxılıb.

Bu barədə “Report”un Qərb bürosu xəbər verir.

Bildirilib ki, Gəncədə qidadan zəhərlənmiş 44 yaşlı qadına və iki övladına tibbi yardımlar göstərilib və onlar evə buraxılıblar.

Gəncədə ana və iki övladı qidadan zəhərlənib.

“Xeberlenti.com”un Qərb bürosunun məlumatına görə, şəhər sakinləri, 1981-ci il təvəllüdlü L.Nəcəfova və onun övladları, 2010-cu il təvəllüdlü K.Nəcəfov, 2005-ci il təvəllüdlü R.Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

About Author