İspaniya çempionatının 30-cu turunda çempion “Real Madrid” doğma meydanında “Valensiya” ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
“Xeberlenti.com” xəbər verir ki, 13-cü dəqiqədə “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior penalti zərbəsini qola çevirə bilməyib.
Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili topu uzaqlaşdırmağı bacarıb.
Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili topu uzaqlaşdırmağı bacarıb.
İki dəqiqə sonra qonaqların qvineyalı müdafiəçi Muxtar Diakabi hesabı açıb. 50-ci dəqiqədə Vinisius Junior bərabərlik qolunu vurub. Əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində isə ispaniyalı hücumçu Uqo Duro “Valensiya”nın qələbə qolunu vurub.
Mamardaşvili bu oyunda 7 seyv edib və komandasının qələbəsində əhəmiyyəli rola malik olub.
Qeyd edək ki, “Real Madrid” 63 xalla ikinci, “Valensiya” 34 xalla 15-ci yerdədir.