XƏBƏRLENTİ

xeberlenti.com

MSK ilk dəfə olaraq siyasi partiyaların maliyyə hesabatlarını ictimaiyyətə açıqlamayıb

Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar illik maliyyə hesabatlarını növbəti ilin mart ayının 31-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər.

“Xeberlenti.com”xəbər verir ki, bu günə qədər ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i maliyyə hesabatlarını MSK-ya təqdim edib.

Qeyd edək ki, MSK-nın yaydığı məlumata əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) maliyyə hesabatını təqdim etməyib.

Məlumat üçün bildirək ki, MSK 2014-cü ildən etibarən siyasi partiyaların maliyyə hesabatlarını ictimaiyyətə açıqlayır. Lakin bu il ilk dəfə olaraq həmin hesabatlar açıqlanmayıb.

Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul olunub. Bundan əlavə, bu günə qədər 2 siyasi partiyanın – Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv edilib.

2023-cü ildə isə 33 siyasi partiya fəaliyyətini dayandırıb.

2023-cü il üçün siyasi partiyaların açıqladığı maliyyə hesabatları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

Murad Məmmədov

About Author