XƏBƏRLENTİ

xeberlenti.com

Qəzzada son sutka ərzində azı 30 fələstinli İsrail ordusu tərəfindən öldürülüb

Şənbə günü İsrailin hərbi əməliyyatları nəticəsində azı 30 fələstinli həlak olub.

“Xeberlenti.com” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı səhiyyədəki mənbələrə istinadən məlumat yayıb.

İsrail ordusu Qəzzada ən azı 30 fələstinlini öldürüb ki, bunlardan da 8-i Xan Yunus qəsəbəsinin cənubundakı şəxsi evə endirdiyi hava hücumu nəticəsində olub.

Hücumun qurbanları arasında fələstinli jurnalist İslam Miqdadın da olduğu bildirilir.

About Author