Qərbi Kaspi Universitetinin “Yüksək texnologiyalar və İnnovativ mühəndislik” fakültəsinin İnformasiya texnologiyaları ixtisasında təhsil alan V kurs tələbəsi – Şahbalayev İkram faciəvi şəkildə dünyasını dəyişib.
“Xeberlenti.com”xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin rəsmi sosial media hesablarında məlumat dərc olunub.
Bildirilib ki, tələbə dəm qazından boğulub.
“Tələbəmizin ailəsinə, yaxınlarına dərin hüzn hissi ilə başsağlığı veririk. Müəllim və tələbə heyəti üçün bu xəbər çox sarsıdıcı, üzücü oldu.
Allah rəhmət eləsin!” – məlumatda bildirilir.