Yəmənin cənub və şərq bölgələri, eləcə də sahil xətti boyunca genişmiqyaslı quru əməliyyatına hazırlıqlar aparılır.
“Xeberlenti.com”xəbər verir ki, bu barədə CNN diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, əməliyyatın məqsədi husilərin nəzarətində olan əraziləri geri almaqdır. Bu hücuma Səudiyyə Ərəbistanı və ABŞ-ın dəniz qüvvələrinin Hodeyda limanını yenidən ələ keçirmək istiqamətində dəstəyi də daxil ola bilər.
Lakin analitiklər hesab edirlər ki, belə əməliyyatın uğurla həyata keçirilib-keçirilməyəcəyi qeyri-müəyyəndir.