XƏBƏRLENTİ

xeberlenti.com

25 il qazsız qalan kəndə “Azəriqaz” Rəsmi cavab: Nəzərdə tutulmayıb

Siyəzən rayonunun Daşlı Çalğan kəndi artıq 25 ildən çoxdur ki, qaz və su problemi ilə üz-üzədir. Kənd sakinləri illərdir ki, elementar kommunal xidmətlərdən məhrum şəkildə yaşayır. Bu xüsusilə qış aylarında ciddi çətinliklərə səbəb olur.

Qeyd etmək istərdik ki, Siyəzən rayonu ölkənin neft və qazla zəngin bölgələrindən biridir. Kəndin cəmi 800 metrliyində təbii qaz və neft çıxarılır. Bu qədər yaxınlıqda neft-qaz hasilatı aparıldığı halda, kəndimizdə bu xidmətlərin olmaması xüsusilə təəssüf doğurur.

Bu illər ərzində bir neçə dəfə müvafiq qurumlara, o cümlədən “Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinə kollektiv və fərdi müraciətlər etmişik. Lakin bütün bu müraciətlərə baxmayaraq, məsələ hələ də öz həllini tapmamışdır. Hər dəfə cavab olaraq “layihədə nəzərdə tutulmayıb” deyilir və məsələ ilə bağlı laqeyd yanaşma sərgilənir.

Məsələ ilə bağlı “Xeberlenti.com”-un sorğusuna Azəriqaz Açıq Səhmdar Cəmiyyət bildirilib ki, bu ilin planında nəzərdə tutulmayıb:

“Növbəti illərdə maliyyə imkanlarından asılı olaraq baxıla bilər”.

H.Məmmədov

About Author