XƏBƏRLENTİ

xeberlenti.com

Göyçayda yasda evin eyvanı uçdu – Beş qadın yaralandı

Göyçayda yas mərasimində evin eyvanı uçub.

“Xeberlenti.com”istinadla xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.

Yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub.

Nəticədə, 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

About Author