XƏBƏRLENTİ

xeberlenti.com

Xanlar Vəliyev təqaüdə göndərildi

Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə bu gün Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin xidmətlərini yüksək qiymətləndirib.

Xanlar Vəliyevə Prezident İlham Əliyevin Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.

Qeyd edək ki, 70 yaşlı Xanlar Vəliyev 2005-ci ildə Azərbaycanın Hərbi prokuroru vəzifəsinə təyin edilib.

“Xeberlenti.com”

About Author