Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
“Xeberlenti.com”xəbər verir ki, 125 kq çəki dərəcəsində çıxış edən idmançı finalda gürçüstanlı Solomon Manaşvilini ilə qarşılaşıb.
Güləşçimiz son saniyədə işlətdiyi 4 xallıq fəndlə Manaşviliyə (7:7) qalib gələrək Avropa çempionu olub.