Mart ayında bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.
“Xeberlenti.com”xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq və balıq məhsullarının, süd və süd məhsullarının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, kələmin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, siqaretin, ucuzlaşma isə unun, yumurtanın, göyərtinin, xiyarın qiymətlərində müşahidə olunub:
“Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mart ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sementin, ortopedik döşəklərin, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının, mobil telefonların, televizorların qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib”, – məlumatda deyilir.
Murad Məmmədov