İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) baş katibinin müavini Mahir Polat barəsində ev dustaqlığı qərarı verilib.
“Xeberlenti.com”a istinadən xəbər verir ki, 21 yaşından ağır hipertoniya xəstəliyindən əziyyət çəkən Polat həbsxanadan iki dəfə xəstəxanaya aparılıb və son xəstəxanaya köçürülərkən angioqramma olub. Angioqrafiyadan sonra Polat yenidən Silivri həbsxanasına göndərilib.
Qeyd edək ki, Polat martın 23-də İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan iş üzrə həbs edilib. İBB baş katibinin müavini Mahir Polat barəsində PKK/KCK terror təşkilatına yardım etmək ittihamı ilə saxlanılma qərarı çıxarıb. Həbs olunmazdan iki həftə əvvəl angioqramma çəkilən Polatın ürək damarlarına altı stent qoyulub.