Omanın paytaxtı Maskatda baş tutan İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
“Xeberlenti.com” xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat verib.
Bildirilib ki, gələn həftə danışıqların növbəti mərhələsi keçiriləcək.
Bu güm ABŞ və İran rəsmiləri İranın nüvə proqramı ətrafında vəziyyətin həlli üçün parametrləri müzakirə edəcəklər.
“Xeberlenti.com” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, danışıqlar Omanın paytaxtı Maskatda baş tutacaq.
ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.
Həmçinin hər iki tərəfin Omanın xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşlər keçirməsi gözlənilir.
Danışıqların yaxın bir neçə saat ərzində Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə başlanacağı bildirilir.