XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycana qoyun idxalı 29 dəfə artıb

Bu ilin ilk iki ayı ərzində xaricdən Azərbaycana 4 915 baş diri qoyun gətirilib.

“Xeberlenti.com”açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qoyunların 2 745 başı Rusiyadan, 2 170 başı Gürcüstandan idxal edilib.

Rusiyadan idxal olunan bir baş qoyunun orta gömrük dəyəri 193 manat (114 dollar), Gürcüstandan idxal olunan bir baş qoyunun orta gömrük dəyəri isə 164 manat (96,5 dollar) olub.

Qeyd edək ki, ölkəyə idxal olunan qoyunların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29 dəfə artıb. Belə ki, ötən ilin ilk iki ayı ərzində Rusiyadan Azərbaycana 170 baş qoyun idxal edilib.

Elnur Əli

About Author