XƏBƏRLENTİ

xeberlenti.com

Bu il yaşayış evlərinin tikintisinə 683 milyon manat sərf olunub

Bu ilin yanvar-mart aylarında əsas kapitala 3 milyard 467,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilib.

“Xeberlenti.com”açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 24,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 2,4 faiz azalıb.

İstifadə olunan investisiyanın 1 milyard 814,6 milyon manatı və ya 52,3 faizi məhsul  istehsalı  sahələrinə, 970,2 milyon  manatı (28 faizi) xidmət sahələrinə, 682,9 milyon manatı (19,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən investisiyaların 2 milyard 519 milyon manatını və ya 72,6 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 2 milyard 693,5 milyon manatı və ya 77,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

About Author