XƏBƏRLENTİ

xeberlenti.com

Çindən bu məhsulların idxalı yüksək tariflərdən azad olunacaq – Tramp geri çəkildi

ABŞ Gömrük və Sərhəd Mühafizəsinin yeni təlimatına əsasən, smartfonlar və kompüterlər Çin mallarına qarşı tətbiq edilən yüksək tariflərdən azad olunacaq.

“Xeberlenti.com” istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu ayın əvvəlində Çin mənşəli mallara 145 faiz tarif tətbiq edib. Bu qərar xüsusilə “Apple” şirkətinə ciddi təsir göstərə bilərdi, çünki “iPhone” və şirkətin digər məhsullarının əksəriyyəti Çində istehsal olunur.

Yeni qaydalara görə, tariflər digər elektron məhsullara və komponentlərə – o cümlədən noutbuklara, yarımkeçiricilərə, USB fleş disklərə və yaddaş kartlarına da şamil oluna bilər. Lakin bu mallara tətbiq ediləcək tariflərin Trampın tətbiq etdiyi 145 faizlik tarifdən aşağı olması gözlənilir.

Ekspertlər bildirirlər ki, bu güzəştlər texnoloji məhsulların qiymətinin sabit qalmasına və istehlakçılar üçün əlavə yükün azaldılmasına yardım edə bilər. Bununla yanaşı, ABŞ-Çin ticarət münasibətləri fonunda texnologiya sektorunun hansı istiqamətdə dəyişəcəyi maraqla izlənilir.

About Author