Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 39 min 218 ton kartof idxal olunub.
“xeberlenti.com”xəbər verir ki, idxal edilən kartofun 1 kiloqramının orta gömrük dəyəri 29,6 sent (50 qəpik) təşkil edib.
Qeyd edək ki, ötən ilin ilk 2 ayı ərzində ölkəyə 40 min 225,8 ton kartof idxal olunmuş və həmin dövrdə 1 kiloqramın orta gömrük dəyəri 26 sent (45 qəpik) olub.
Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, bu il idxal olunan kartofun gömrük dəyəri 11% və ya 5 qəpik artıb.
Bundan əlavə, ötən ilin mart ayında Azərbaycanda idxal kartofun pərakəndə satış qiyməti 90 qəpik olduğu halda, cari ilin mart ayında bu göstərici 78% artaraq 1 manat 60 qəpiyə yüksəlib.
Nəticə etibarilə, ötən il marketlərdə kartof gömrük dəyərindən 2 dəfə baha satıldığı halda, bu il həmin fərq 3,2 dəfəyə çatıb.
Elnur Əli