ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketinin müddətini daha bir il uzatmaq barədə sərəncam imzalayıb.
“Xeberlenti.com”xəbər verir ki, bu barədə məlumat ABŞ Federal Reyestrində yayımlanıb.
Söhbət 15 aprel 2021-ci ildə imzalanan və Bayden administrasiyası tərəfindən dəfələrlə uzadılan 14024 saylı İcra Sərəncamından gedir. Sərəncama əsasən, Rusiya hökumətinə bağlı fiziki şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq olunur. Bu sanksiyalar kiberhücumlar, ABŞ və digər ölkələrin seçkilərinə müdaxilə, ABŞ vətəndaşlarına qarşı təhdid və hücumlar, maliyyə və digər sanksiyalardan yayınma kimi fəaliyyətlərlə əlaqələndirilir.
Qeyd edək ki, mart ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların qanunsuz olduğunu bildirmiş və onların ləğvini gözlədiklərini bəyan edib.