XƏBƏRLENTİ

xeberlenti.com

Abdullah Öcalan yaxın vaxtlarda azadlığa çıxa bilər

Türkiyəli deputat Pervin Buldan PKK lideri Abdullah Öcalanın azadlığı və Türkiyədə sülh prosesinin bərpası ilə bağlı bir sıra açıqlamalar verib.

İtaliyanın Roma şəhərində keçirilən “Abdullah Öcalana Azadlıq, Kürd Probleminə Həll” adlı beynəlxalq konfransda çıxış edən Buldan, Öcalanın “Barışı inkişaf etdirəcək iradəyə sahibəm” dediyini və bu istiqamətdə aparılan danışıqların iyun ayının sonuna qədər nəticələnəcəyini bildirib.

Buldan, bu prosesin uğurla tamamlanmasının həm Öcalan, həm də dövlət rəsmiləri üçün vacib olduğunu deyib.

Əlavə olaraq, Buldan, Öcalanın qadınlara və gənclərə xüsusi önəm verdiyini və onların sülh prosesindəki rolunu yüksək qiymətləndirdiyini bildirib. Öcalan, qadınların və gənclərin sülh və demokratik cəmiyyətin qurulmasında əsas qüvvə olduğunu vurğulayıb.

About Author