ABŞ Prezidentinin xüsusi elçisi Steven Vitkoff Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar zamanı Tehrandan uranın zənginləşdirilməsi proqramından tamamilə imtinasını tələb etməyib.
“Xeberlenti.com”xəbər verir ki, bu barədə “The New York Times” adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Onlar danışıqları “geniş və dialoqun davam etdirilməsi məqsədi daşıyan” kimi qiymətləndiriblər. Qəzetin mənbələri bildiriblər ki, ABŞ nümayəndə heyətinə rəhbərlik edən Vitkoff İslam Respublikasına uranın zənginləşdirilməsini tamamilə dayandırmağı təklif etməyib, ancaq diqqəti mövcud materialın silahlarda istifadə edilməməsinin təmininə yönəldib.
Nəşrin yazdığına görə, danışıqların birinci raundu İran üçün uğurlu olub və ona müzakirələri yeni müstəviyə çıxarmaq üçün zəruri olan əsas məqsədlərə nail olmağa imkan verib: “Vaşinqtonun diqqəti Tehranın nüvə proqramına yönəlib, İranın nüvə obyektlərinin ləğvi məsələsi gündəmə gətirilməyib, ölkənin Fələstin HƏMAS hərəkatı,“Hizbullah” hərəkatı ilə əlaqələri müzakirə olunmayıb.
Xəzər
“Xeberlenti.com”