XƏBƏRLENTİ

xeberlenti.com

Tramp ilk ilində 1 milyon immiqrantı ölkədən çıxarmağı hədəfləyir

ABŞ Prezidenti Donald Tramp administrasiyasının prezidentliyinin ilk ilində 1 milyon immiqrantı deportasiya etməyi hədəflədiyi bildirilir.

“Xeberlenti.com”xəbər verir ki, bu barədə “Washington Post” vəzifəsini tərk edən keçmiş federal məmura istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Tramp administrasiyası 1 milyon immiqrantı deportasiya etmək məqsədinə çatmaq üçün aqressiv mövqe tutur.

Bildirilib ki, sözügedən şəxslərin “üçüncü ölkələrə” göndərilməsi üçün ən azı 30 ölkə ilə danışıqlar davam etdirilir.

Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı milyonlarla mühaciri deportasiya etmək istədiklərini bəyan etmişdi. O fəaliyyətə başladıqdan sonra isə qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə çərçivəsində “xarici terror təşkilatları” ilə əlaqəsi olan immiqrantların deportasiyasını sürətləndirmək üçün əvvəllər yalnız müharibə zamanı istifadə edilən “Xarici düşmənlər aktı”nı aktivləşdirib.

1798-ci ildə qəbul edilmiş həmin sənəd ABŞ Prezidentinə immiqrantları deportasiya etmək üçün fövqəladə səlahiyyətlər verir.

About Author