XƏBƏRLENTİ

xeberlenti.com

“VAZ”lar toqquşdu – Yaralılar var

Ağdamda “VAZ” markalı avtomobillər toqquşub.

“Xeberlenti.com”unməlumatına görə, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ”21011 markalı minik maşını qarşıdan gələn “VAZ” 21015 markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıb. Sürücülər Ağdam rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

About Author