XƏBƏRLENTİ

xeberlenti.com

Aprel Ayında Tədris: Baharın Rəngləri ilə Təlimə Yeni Nəfəs

Aprel ayı təbiətin oyandığı, torpağın nəfəs aldığı və uşaqların da bu dəyişiklikləri maraqla izlədiyi bir dövrdür. İbtidai sinif müəllimləri üçün bu ay həm təlim-tərbiyə prosesini daha yaradıcı qurmaq, həm də şagirdlərlə birlikdə təbiətlə əlaqəli dərsləri daha maraqlı etmək üçün gözəl bir fürsətdir.

Təbiətlə Əlaqəli Mövzuların Tədrisi

Aprel ayında dərs proqramına uyğun olaraq “Təbiət və Cəmiyyət”, “Həyat Bilgisi” kimi fənlərdə baharın gətirdiyi dəyişikliklər, bitkilərin böyüməsi, heyvanların aktivləşməsi kimi mövzuları sinif mühiti ilə yanaşı, məktəb həyətində və ya təbiətdə müşahidə yolu ilə öyrətmək daha təsirli ola bilər. Uşaqlara çiçəklərin, ağacların adlarını öyrətmək, onlarla bərabər məktəb həyətində ağac əkmək həm əyləncəli, həm də öyrədici olur.

Ədəbiyyat və Yazı Bacarıqları

Aprel ayı həm də yazı mövzuları üçün ilhamverici bir dövrdür. Uşaqlar bahar haqqında şeirlər əzbərləyə, hisslərini ifadə edən sadə esse və ya nağıllar yaza bilərlər. “Bahar gəldi”, “Sevdiyim çiçək”, “Təbiətdə bir gün” kimi mövzularla onların yaradıcılığını inkişaf etdirmək mümkündür.

Ətraf Mühitə Qayğı və Tərbiyə İşləri

Bu ay ətraf mühitin qorunması haqqında söhbətlərə də yer verilməlidir. Şagirdlərə zibilin ayrılması, suyun israf olunmaması, ağacların qorunması kimi mövzularda tərbiyəvi söhbətlər aparmaq onların gələcəkdə məsuliyyətli və təbiətsevər vətəndaş kimi formalaşmasına kömək edir.

Layihə və Əlavə Fəaliyyətlər:

Aprel ayı layihə əsaslı öyrənmə üçün də geniş imkanlar yaradır. Şagirdlərlə “Mənim Bahar Albomum”, “Təbiət Küncüm”, “Yaşıl Sınıf” kimi layihələr hazırlamaq həm kollektiv işi təşviq edir, həm də şagirdlərin müşahidə və təqdimetmə bacarıqlarını inkişaf etdirir.

İbtidai sinif müəllimi olaraq aprel ayını yalnız təqvimdə bir ay kimi deyil, həm də tədris prosesini rəngləndirmək, şagirdlərin dərsə marağını artırmaq və onların təbiətlə harmoniyada böyüməsinə şərait yaratmaq üçün bir imkan kimi dəyərləndirmək lazımdır. Hər gün bir gülüş, hər dərs bir kəşf olsun!

Ülviyyə Hüseynli

Humanitar Təmayüllü liseyin müəllimi

About Author