XƏBƏRLENTİ

xeberlenti.com

DASTANA SIĞMAYAN ÖMÜR

15.04.2025- ci il tarixində Bakı şəhəri” Sabu nçu rayon Gənclər Evndə” Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan Füzuli rayon Qərbənd kəndinin ilk şəhidi Əhməd Məhəmməd oğlu Quliyevin xatirəsinə həsr olunmuş AYB və AJB- nin üzvü Raziyə Kamilqızının qələmə aldığı

” DASTANA SIĞMAYAN ÖMÜR” adlı kitabının təqdimatı keçirilidi.Tədbiri giriş sözü ilə ilk öncə Raziyə Kamilqızı qonaqları salamladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildı.Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igid oğulların xatirəsi ehtiramla anılaraq tədbir açıq elan edildi.Tədbirdə şəhid ailələri,qazilər,təhsil işçiləri,ziyalılar,məktəblilər,

tibb işçiləri,müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri,İctimai Birlik sədrləri iştirak etdilər.Çıxış edən hər kəs qəhraman oğullardan biri olan Əhməd Quliyev haqqında qürurla danışdılar.Sabunçu Gənclər Evininin rəhbərliyinə hər zaman şəhidlərin xatirəsinini əziz tutduqları və mütamadi olaraq belə tədbirlər keçirdiklərinə görə təşəkkür olundu .Şəhid Əhməd Quliyevin qardaş və bacıları öz xatirələrindən danışdılar.Tədbirin sonunda AYB və AJB- nin üzvü yazar Raziyə Kamilqızı çıxış edərək belə gözəl tədbirin hazırlanması üçün Sabunçu rayon rayon İcra hakimiyyətinə, və Sabunçu rayon “Gənclər Evinin” direktoruna və kollektivinə,gələn qonaqların hər birinə təşəkkür edərək şəhidlərin əziz xatirəsinə həsr etdiyi “DASTANA SIĞMAYAN ÖMÜR”adlı kitabını təqdim etdi.Daha sonra isə xatirə şəkili çəkildi.

Türkanə Səfərova

About Author