Amerika administrasiyası tərəfindən hazırlanan əczaçılıq məhsullarına gömrük rüsumları 25% təşkil edə bilər.
“Xeberlenti.com” verir ki,xəbər bunu ABŞ Prezidenti Donald Tramp deyib.“Artıq öz dərmanlarımızı istehsal etmirik. Dərman şirkətləri İrlandiyada, bir çox başqa yerlərdə, həmçinin, Çindədir. Mənim etməli olduğum tək şey əczaçılıq məhsullarına tariflər tətbiq etməkdir”, – Tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, rüsumlar çox tezliklə tətbiq olunacaq.
Qeyd edək ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.
Aprelin 9-da isə Tramp bir sıra ölkə və ərazilərə əlavə qarşılıqlı idxal tariflərini 90 gün müddətinə dayandırdığını açıqlayıb. Ağ Ev izah edib ki, fasilə ticarət danışıqları ilə bağlıdır və bu müddət ərzində “10%-lik universal tarif” qüvvədə olacaq.