XƏBƏRLENTİ

xeberlenti.com

Metroda tikinti işlərinin aparılması brutto sisteminə keçməsini daha da aktuallaşdırır.

“Nizami” və “28 May” stansiyaların arasında hərəkətin dayandırılması zamanı bu marşrut üzrə ekspress (şatl) avtobuslar çalışacaq. İnsanları da narahat edən məqamlardan biri də gündəlik səfərlər üçün gediş xərclərinin bahalaşmasıdır. Əvvəl 50 qəpik vurub son stansiya gedənlər indi həm avtobusa 50 qəpik vuracaq, sonra yenidən metroya daxil olmaq əlavə 50 qəpik vuracaq.

Lakin Bakının ictimai nəqliyyatında pulsuz transfer və yaxud limitsiz günlük və aylıq abunəlik sistemi olsaydı, bu məsələ heç gündəmə gəlməzdi. Belə sistemlər çoxdandır qonşu ölkələrdə var (Tiflis, Moskva, Avropa ölkələri). Bunun üçün isə ictimai nəqliyyatda “brutto” sisteminə keçid lazımdır, yəni daşıyıcıların qazancı gediş haqqından asılı olmayacaq, dövlət onlara məsafəyə görə ödəniş edəcək.

Keçən il buna dair xəbər yayılmışdır, təəssüf ki, hələ də Bakıda bu sistem tətbiq olunmayıb. Bu metro xətlərinin ayrılması layihəsi çərçivəsində bu sistemi tətbiq etmək əla fürsət olar.

About Author