XƏBƏRLENTİ

xeberlenti.com

Sağlamlıq siyasəti, yoxsa pul tələsi?

“Siqaretin qiymətinin artırılmasının insanların sağlamlığı üçün edilməsi düşüncəsi tamamilə yanlışdır”.

Bunu sosioloq Mətanət Məmmədova “Xeberlenti.com”a açıqlamasında bildirib. O deyib ki, 10 və ya 20 qəpiklik artım onu almaq üçün elə bir maneə ola bilmir:

“Bu ay ərzində 3-6 manat əlavə xərc deməkdir ki, buna görə hər hansı şəxs siqaret çəkməkdən imtina etməyəcək. Digər tərəfdən, artım bir neçə manat məbləğdə olarsa, o zaman düşünmək olar ki,insanların sağlamlığı üçün edilib. 10 qəpik artımla bunu iddia etmək tamamilə absurddur. Siqaret aludəçiliyinə qiymət artımı ilə son vermək qeyri-mümkündür. Çünki siqaret çəkmək elə bir alışqanlıqdır ki, insan ona mübtəla oldusa, qiymətin nə qədər bahalaşmasından asılı olmayaraq, bu vərdişdən əl çəkə bilməz”.

M.Məmmədovanın sözlərinə görə, siqaret və alkoqollu içkilər dünyada hökumətlərin vergisini, aksizini ən rahat artırdığı sahədir:

“Bəzən deyə bilərlər ki, 10, yaxud 20 qəpiklə guya nə qədər gəlir əldə etmək olar. Lakin düşünəndə ki, hər gün minlərləqutu siqaret satılır, bax onda aydın olur ki, bu satışdan nə qədər vergivə aksiz əldə olunur.Sadəcə siqaret ümumi istifadə edilmədiyinə görənarazılıq da yaratmır. Ona görə də istənilən vaxt istehsalçılar onun qiymətinə müdaxilə edir. Dövlət siqaretin qiymətini tənzimləmədiyi üçün buna nəzarət də etmir. Odur ki, istehsalçı siqaretin qiymətini istədiyi vaxt istədiyi kimi artırır”.

Sosioloq qeyd edib ki, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir:

“Tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan ölür. Onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütün çəkənlərdir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın ölümü gözlənilir.Çünki tütün ağ ciyər və ürək-damar, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərin səbəbkarıdır. Lakin görünür ki, bu, hələ də insanlığı narahat etmir. Düşünürəm ki, lap kiçik yaşlarından tərbiyə sistemi elə qurulmalıdır ki, yeniyetmə-gənclər siqaretə meylli olmasın. Bunun üçün həm ailələr, həm də cəmiyyət əlindən gələni etməlidir. Yoxsa dilinə siqaret dəyən adam üçün ondan imtina təsadüf nəticəsində ola bilər”.

 

About Author