Xaricdə yaşayan bloger Orduxan Teymurxan (Bəbirov) Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
İTV-nin Baş Prokurorluğa istinadla yaydığı məlumata görə, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Qeyd edək ki, Orduxan Bəbirov Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.
“Xeberlenti.com”