XƏBƏRLENTİ

xeberlenti.com

BEMM-nin sədri: H.E.D-professor Hacı Xaliq Bəşər cinayətkar sındıkatlarla bağlı şok faktları açıqladı- MÜSAHİBƏ

Bu gün dünyada transmilli mütəşəkkil cinayətkarlıq sürətlə inkişaf edən və sərhədləri aşan
təhlükəli bir fenomendir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, çirkli pulların
yuyulması kimi cinayət formaları təkcə cəmiyyətlər üçün deyil, dövlətlərin milli təhlükəsizliyi üçün
də ciddi təhdid yaradır. Qloballaşan dünyanın bu çağırışlarına qarşı yalnız milli səviyyədə deyil,
həm də beynəlxalq əməkdaşlıq və güclü hüquqi mexanizmlərlə cavab vermək mümkündür.
Sözügedən mövzu ilə bağlı hüquq elmləri doktoru, professor Hacı Xaliq Bəşər Xebərlenti.com-a
açıqlama verib.

Müsahibəni təqdim edirik:

– Xaliq bəy, transmilli mütəşəkkil cinayətkarlığın müasir formaları ilə mübarizədə beynəlxalq
hüquq sisteminin əsas zəif cəhətləri hansılardır?

– Ümumiyyətlə, transmilli mütəşəkkil cinayətkarlıq dedikdə, bu çox aktual mövzudur və bununla
bağlı mənim elm adamı kimi 6 böyük tirajla kitablarım işıq üzü görüb. İlk kitabım hələ 2002-ci
ildə “Transmilli Cinayətkarlıq, Beynəlxalq Terrorizm və Onunla Mübarizə Metodologiyası”
haqqında idi. Artıq birinci kitabımın nəşrindən 23 il keçib. Sizin də sualınızda deyildiyi kimi,
cinayətkarlıq da müasirləşib. Cinayətkarlıqla mübarizənin özüdə müasirləşib. Bu gün
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları, o cümlədən, Dövlət Təhlükəsizlik
Xidmətində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində və Azərbaycan Respublikasının
Baş Prokurorluğunda, eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında
Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində xüsusi avadanlıqlar, texniki təchizat, dinləmə
qurğuları, izləmə, güdmə və həmin danışıqların monitorinqini daha şəffaf şəkildə aparmaq kimi
yüksək tendensiyalar mövcuddur. Yəni, baş verə biləcək cinayətin əvvəlcədən əməliyyat-istintaq
yolu ilə və əməliyyat axtarış fəaliyyətinin tənzimlənməsi metodologiyası ilə (təbii ki, burada qarşı
tərəflərin hüquqlarının pozulmaması və bu barədə AR Cinayət Məcəlləsində şübhə, dəlil deyil,
yəni bizim hər şübhələndiyimiz də şübhə, faktor hesab oluna bilməz. Yəni, şübhələndiyimiz
şəxslər və ya təşkilatlar terrorun rəhbəri yaxud iştrakçısı kimi məsuliyyətə cəlb oluna bilməz.)
Ümumiyyətlə, cinayətin subyektləri var, təşkilatçısı, sifarişçisi, iştirakçı, hal şahidi var,
zərərçəkmiş, təqsirləndirilən və şübhəli şəxslər var. Beynəlxalq terrorizmlə mübarizədə Azərbaycan bu
gün çox aktiv fazada ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanının imzaladığı bir neçə
sərəncam var ki, beynəlxalq transmilli cinayətkarlıqla mübarizədə, çirkli pulların yuyulması, gəlir
deklorasiyası ilə bağlı və s. O cümlədən, Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq
terrorizm transmilli cinayətkarlıqla və transmilli terror təşkilatları ilə bağlı bu gün olduqca dinamik
fəaliyyətdədir. Xüsusilə, mən bunu indi daha yüksək səviyyədə qiymətləndirirəm, Dövlət
Təhlükəsizlik Xidmətinin (DTX) rəhbərliyində olan kadr dəyişiklikləri ilə bağlı, başda da çox
hörmətli Əli Nağıyevin əməyini yüksək qiymətləndirirəm. Əli Nağıyev vətənpərvər, vətəninə
sadiq və DTX-nin son 35 ildəki səviyyədən də ən yüksək səviyyəyə çatdırmış və şəffaflıq
prinsipini təmin etmiş insandır. Adətən beynəlxalq terrorizm, transmilli cinayətkarlıqla prinsipial
mübarizədə gözümüzün önünə Dövlət Təhlükəsizlik Xidməti gəlir. Çox təəssüf ki, MTN-nin
əvvəlki nazirləri İlhüseyn Hüseynov, Vaqif Hüseynov, Fəxrəddin Təhməzov, Nəriman İmranov,
Namiq Abbasov, Eldar Mahmudov və Mədət Quliyevin zamanında bu cür prinsipiallıq və şəffaflıq
yox idi. Bu cür şəffaflıq prinsipinin və kadrların istedadına, ağlına, savadına, tərbiyəsinə və
mənəviyyatına görə, seçilməsi və yerləşdirilməsi məsələlərinin əsasını general Əli Nağıyev
qoyub.

– Siz güman edirsiniz ki, artıq xeyli irəliləyiş var, düşünürsünüz ki, sistem daha da təkmilləşə
bilər yoxsa….?

– Cənab Prezidentimiz İlham Əliyev hər zaman çıxışlarında vurğulayır ki, biz yerimizdə dayana
bilmərik, daim inkişafa doğru irəliləməliyik, yəni əldə etdiyimiz uğurla, şübhəsiz, kifayətlənə
bilmərik. Təbii ki, dinamik fəaliyyət olan yerdə nöqsan da, çatışmamazlıqlar da vardır. Zamanın
tələblərinə uyğun olaraq hüquq-mühafizə orqanlarında şəffaflıq, korrupsiyasız cəmiyyət və
cinayətkarlıqla mübarizə daha da təkmilləşdirilmiş formada davam edəcək. Hazırda 2025-ci ildir
və 2025-ci illə 2030-cu ili müqayisə etsək hər dövrün öz tələbləri vardır. Yaxın 5 ildə texniki
avadanlıqlar, qurğular, proqramlar yeniden tam müasirləşəcək. Hazırda internet dövründə
yaşayırıq, rasional, kreativ fikirlər əsridir, dövlətin hüquq-mühafizə orqanlarında cinayətkarlıqla
mübarizə təkmilləşdiyi kimi, cinayətkarlar da cinayətlərini müasir dövrün tələblərinə uyğun
təkmilləşdirirlər. Transmilli-cinayətkarlarda xüsusi avadanlıqlardan istifadə edirlər… Bu gün
məsələn, ən çox danışılan mövzu kibercinayətkarlıqla bağlıdır. 2015-ci ildə yaxud 2020-ci illərlə
2025-ci ilin statistik göstəricilərini müqayisə etsəniz bu gün Azərbaycan Respublikasında ən çox
kibercinayətkarlığa qarşı mübarizənin ön planda olduğunu görərsiniz. Hazırda respublikamızda
olan cinayətkarlığın statistikasına baxanda, kibercinayətkarlıq hətta dələduzluq, narkotiklə bağlı
cinayətləri, ictimai asayişin pozulması, cinayətlərinin önündə gəlir. Çünki cinayətkarlıq özü də
müasirləşib.

– Bu sahədə milli qanunvericilik və beynəlxalq konvensiyalar arasında hansı uyğunsuzluqlar
mövcuddur?

– Səmimi olaraq etiraf edirəm ki, beynəlxalq hüquq böyük dövlətlər üçün məşğuliyyətdir, kiçik
dövlətlər üçün, isə məcburiyyətdir. Çox təəssüf ki, beynəlxalq hüquq məsələn, dünyanın 7G – üçün
məşğuliyyətdir. Yerdə qalan, BMT-nin bu gün tanıdığı 203 dövlət var, 196 dövlət üçün o
məcburiyyət xarakterlidir. Ona görə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun həyat
yoldaşı Əminə Ərdoğan son günlərdə BMT-nin keçirdiyi qlobal tədbirlərin birində BMT-nin baş
katibi Antonio Quterreşlə görüşdə “dünya 5-dən, yaxud da 7-dən böyükdür” ifadəsini işlədirlər.
Yəni ki, qanunlar yalnız kiçik dövlətlərə deyil, nəhəng dövlətlərə də şamil olunmalıdır. Mənim öz
yanaşmam var. Bütün rəsmi dövlət tədbirlərdə səsləndirdiyim: “ Hər kəsə qanun, hamıya ədalət”
prinsipləri ilə yaşamalıdır bütün xalqlar və dövlətlər”.

– İnsan alverinə qarşı mübarizə sahəsində praktiki və hüquqi mexanizmlər sizcə yetərlidirmi?

– İnsan alveri dedikdə bu, çox dərin məzmunlu, geniş bir diapazonda olan cinayət növüdür.
Burada təkcə qadınların satışından söhbət getmir, cinsi istismar, qul əməyi, xüsusilə azyaşlı
uşaqların əməyindən və ya girov qismində saxlanmasından, eyni zamanda oğurlanan insanların
orqan transplantasiyası( bu, AR CM-nin 137-ci maddəsinin dispazisiyasında nəzərdə tutulur) və
s. Belə deyim, heç vaxt pələng pələngi, canavar canavarı parçalamır, amma insan insanı
öldürür, qətlə yetirir. Günah nədədir? Günah insan psixologiyasının pozulmasındadır. Bütün
bunların kökündə psixoloji pozuntu, ailə tərbiyəsinin olmaması, yaxud da ailədə tərbiyəli övladlar
böyüyür, amma cəmiyyət daha çox pul qazanmaq eşqinə düşür və bu cür cinayətkar nəfslərinin
güdazına gedir. Bu ağır cinayətləri sadə vətəndaşlar edə bilməz. Bunu şəbəkələşmiş sintikatlar
edir, bu sindikatların da havadarları olur, ölkə içi və ölkə xaricində fəaliyyət göstərilər.

– Son illərdə maliyyə nəzarəti və şəffaflıq baxımından ciddi addımlar atılır. Bəs sizcə, bu qədər
ciddi tədbirlərin görülməsinə rəğmən, çirkli pulların yuyulması necə olur ki hələ də həyata
keçirilir?

– Hazırda ölkədə korrupsiya halları mövcuddur və bununla Baş Prokurorluq səviyyəsində
hazırda ciddi mübarizə aparılır. Hesab edirəm ki, korrupsiyaya yol verən bəzi məmurlarla
mübarizə daha da gücləndirilməlidir. Cənab Prezidentimiz dəfələrlə çıxışlarında xəbərdarlıq edib
ki, iş adamlarını incitmək, korrupsiya hallarına yol vermək, yersiz yoxlamalar və müdaxilələr
olmasın. Ölkədə sahibkarlıq inkişaf etdirilməlidir. Dövlətin əsas büdcəsi sahibkarlıq fəaliyyəti ilə
formalaşır. Gələcəkdə bütün işlər Azərbaycan xalqının intellektual əqli mülkiyyətinin hesabına
qazanılacaqdır. Neft də, qaz da, pambıq da tükənəndir, tükənməyən yeni gələn nəsillərdir. Əgər
Azərbaycan xalqında artım yoxdursa, yeni nəsil gəlmirsə, yeni intellektual mülkiyyət yoxdursa,
bu, gələcəkdə Azərbaycan dövlətinin süqutuna gətirib çıxaracaq.

 

– Ölkədə korrupsiyanın kökünü necə kəsmək olar?

– Ümumiyyətlə Azərbaycan Resublikası Baş Pokurorluğunun funksiyası, fəaliyyəti dövlətin
ərazisində və hüdudlarından kənarda AR vətəndaşlarının törətdiyi cinayətləri aşkara çıxartmaq,
ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirmək və eyni zamanda məhkəmələrdə dövlət
ittihamı təqsirləndirilən və şübhəli şəxslərlə bağlı ittihamı həyata keçirtmək və müdafiə
etməkdir. Korrupsiyaňin kökünü büst bütün kəsmək üçün, parlamentdə Azərbaycan
respublikasının CM-in bəzi maddələri kəskin formada ağırlaşdırılmalıdır. Misal üçün korrupsiya
ilə məşğul olan məmur haqqında ədalət məhkəmələri, ömürlük həbs cəzaları çıxarılmalıdır. Yerlibazlıqın və tayfabazlıqın kökü tamamilə kəsilməlidir. Digər tərəfdən yaxın qohumların eyni dövlət
müəssisələrində işləməsi qadağan olunmalıdır. Bunun üçün, konstitusiyamızda bəzi hüquqi
dəyişiklər olmalıdır.

-Bank sektorunda hansı çatışmazlıqlar mövcuddur?

– Bank sektorunda şəffaflıq prinsipi hökmən olmalıdır. Onun şəffaf auditi olmalıdır. Çox təəssüf
ki, Azərbaycanda bir çox banklar niyə defolt oldular? Çünki onlar AR Qanunvericiliyinin
tələblərini və eyni zamanda məsələn, “Röyal Bank”, “Muğan Bank” , bu bankların siyahısını
daha da artırmaq olar, lazım olmayan layihələrə görə pulları dövriyyədən çıxartdılar, filtrasiya
etdilər və özlərinə daşınmaz əmlak aldılar. Yadınızdadırsa, Cahangir Hacıyevin həyat yoldaşı
Zənurə Hacıyevanın kartından bir gündə 700 min funt-sterlinq, dollarla 1 milyon dollara yaxın
alış-veriş etməsi bizim hüquq-mühafizə orqanlarımızın diqqətini cəlb etmişdi. Eyni zamanda
B.Britaniyanın Korrupsiyaya qarşı mübarizə təşkilatının diqqətini çəkmişdi və orada
Z.Hacıyevaňın bir neçə əmlakının üzərinə məhkəmə qərarı ilə həbslər qoyulmuşdu. Çox
təəssüf ki, bu cür neqativ hallar bizdə var, onun üçün hər bir məmur hakimiyyətə gələndə, ona
vəzifə tapşırılanda gəlir deklorasiyası haqqında ictimaiyyətə, mətbuat qarşısında, sahib
olduğu əmlaklarla bağlı dürüst açıqlama verməlidir… Lakin, vəzifəyə gəldikdən sonra
əmlaklarının sayı sürətlə artırsa, artıq bu, ciddi suallar yaradır. Hardandır bunlar?
Sevimli peyğəmbərimiz Məhəmməd (s.ə.s.) qüdsal hədisi ilə müsahibəmi bitirmək istəyirəm.
“İki şey əbədi belimi qırdı dinsiz alim, elimsiz abid”.

Həsən Məmmədov
Xeberlenti.com

About Author