XƏBƏRLENTİ

xeberlenti.com

Bakının mərkəzində baş verən yanğın məhdudlaşdırılıb

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

“Xeberlenti.com”xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

***12:14
Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş verən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

“Xeberlenti.com”xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

***11:14
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.
“Xeberlenti”.com
 FHN-ə istinadla xəbər verir ki, nəlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
“Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək”, – məlumatda deyilir.

About Author