“World Car of the Year” (WCOTY) müsabiqəsinin münsiflər heyəti 2025-ci il üçün ilin avtomobilini seçib.
“Xeberlenti.com”müsabiqənin saytına istinadla xəbər verir ki, ilin avtomobili “Kia EV3” elektromobili olub.
O, xalların ümumi sayına görə, “BMW X3” və “Hyundai Inster” elektromobillərini geridə qoyub.
Müsabiqənin digər kateqoriyaları üzrə də qaliblər müəyyən edilb. Belə ki, “BYD Seagull” ən yaxşı şəhər avtomobili, “Volvo EX90” ən yaxşı lüks avtomobil, “Porsche 911 Carrera GTS” ən yaxşı idman avtomobili, “Hyundai Inster” ən yaxşı elektrik avtomobili, “Volkswagen ID. Buzz” ən yaxşı dizaynlı avtomobil kateqoriyaları üzrə birinci olub.
İlk üçlüklərə isə ən yaxşı şəhər avtomobili kateqoriyasında “Hyundai Inster” və “Mini Cooper Electric”, ən yaxşı lüks avtomobil kateqoriyasında “Porsche Macan” və “Porsche Panamera”, ən yaxşı idman avtomobili kateqoriyasında “BMW M5” və “Porsche Taycan Turbo GT”, ən yaxşı elektrik avtomobili kateqoriyasında “Kia EV3” və “Porsche Macan Electric”, ən yaxşı dizaynlı avtomobil kateqoriyasında isə “Kia EV3” və “Toyota Land Cruiser” daxil edilib.
Digər tərəfdən, BYD-nin rəhbəri Stella Li avtomobil sənayesinin siması seçilib.
Qeyd edək ki, WCOTY mükafatları 2005-ci ildən təqdim olunur və Kanadadan olan qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunur.
Müsabiqənin münsiflər heyəti dörd qitədən (Afrika və Antarktida istisna olmaqla), ilk növbədə Millətlər Birliyindən və keçmiş Britaniya dominion və koloniyalarından olan avtomobil jurnalistlərindən ibarətdir.