Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubionun Londona səfərdən imtina etməsindən sonra Ukrayna ilə bağlı çərşənbə günü planlaşdırılan görüşü təxirə salıblar.
“Xeberlenti.com “xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, bunun əvəzində danışıqlar 5 ölkənin rəsmiləri arasında aparılacaq.
Telekanalın məlumatına görə, Ukrayna xarici işlər naziri Andriy Sıbiqanın Londonda qalacağı və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff da Ukraynada sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Böyük Britaniyaya səfərini ləğv edib.