Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub.
“Xeberlenti.com” xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “166 Global Logistics” MMC (VÖEN – 1403530841) olub.
“166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə Ağdamın Xıdırlı kəndinə 719, Ağdam şəhərinə isə 1268 məcburi köçkün ailəsini köçürəcək.
“Qaçqınkom” ümumilikdə 1987 ailənin köçürülməsi üçün “166 Global Logistics” MMC-yə 1 milyon 630 min 223 manat 10 qəpik ödəyəcək.
Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin Ağdama köçürülməsi xərci 820 manat təşkil edəcək.
Elnur Əli