Şuşada sürətlə həyata keçirilmiş bərpa-quruculuq işləri heyrətamizdir.
“Xeberlenti.com”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Danimarkalı səyyah Peter Fenger deyib.
O qeyd edib ki, ərazidə infrastruktur möhtəşəm qurulub:
“Burada inşa olunan yeni binalar çox gözəldir. Mən əvvəllər də Azərbaycanda olmuşam, ancaq bu regiona ilk səfərimdir və təəssüratlarım yüksək səviyyədədir. Bura çox gözəl ölkədir, mətbəxiniz və insanlarınız çox yaxşıdır. Azərbaycanla bağlı yalnız yaxşı xatirələrim var”.
P.Fenger Şuşanın mənzərəsini olduqca bəyəndiyini də diqqətə çatdırıb.