XƏBƏRLENTİ

xeberlenti.com

Mahsun Kırmızıgül xəstəxanalıq oldu

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirilib.

“Xeberlenti.com” Türkiyə KİV-ə istinadla xəbər verir ki, son günlər bir-birinin ardınca yaxınlarını itirən müğənni aritmiya diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Belə ki, Mahsun Kırmızıgül 6 dekabr 2024-cü ildə anası Faike Bezenciri itirib. Daha sonra ögey anası Zühre Bezencirin vəfatı ilə sarsılıb.
Anasının ölüm acısına hələ tam alışmayan müğənni yaxın dostu Serşat Erbilgini də itirib.

Bir-birinin ardınca gələn ölüm xəbərləri müğənninin səhhətinə mənfi təsir edib.

Çox sevdiyi iki sənətçi Edip Akbayram və Volkan Konakın ölümündən sonra o, aritmiya diaqnozu ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.
Xəstəxanada aparılan müayinələrdən sonra Kırmızıgülün səhhətində ciddi bir problem olmadığı ortaya çıxıb.

 

About Author