XƏBƏRLENTİ

xeberlenti.com

Televizor Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir?

Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 35 min 707 ədəd rəngli televizor gətirilib.

“Xeberlenti.com”açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan bir ədəd televizorun orta gömrük dəyəri 284 dollar (484 manat) olub.
Qeyd edək ki, televizorların böyük əksəriyyəti – 97,5%-i 4 ölkədən gətirilib. Belə ki, televizorların 73,3%-i (26 159 ədəd) Çindən, 16,8%-i (5 982 ədəd) Misirdən, 4,5%-i (1 606 ədəd) İndoneziyadan, 2,9%-i isə (1 033 ədəd) Özbəkistandan idxal edilib.

Onu da bildirək ki, adları qeyd olunan bu ölkələrdən gətirilən televizorların bir ədədinin orta gömrük dəyəri aşağıdakı kimi olub:

Çin – 231 dollar (394 manat)

Misir – 495 dollar (841 manat)

İndoneziya – 239 dollar (406 manat)

Özbəkistan – 252 dollar (428 manat)

Elnur Əli

About Author