XƏBƏRLENTİ

xeberlenti.com

Tramp yenə 1915-ci il hadisələrini “soyqırımı” adlandırmadı

ABŞ Prezidenti Donald Tramp 24 aprel 1915-ci il hadisələrinə həsr olunmuş müraciətində bir daha “soyqırımı” sözünü işlətməyib.

“Xeberlenti.com” xəbər verir ki, Ağ Evin rəsmi saytında dərc olunan bəyanatda Tramp bu hadisələri “ən böyük faciələrdən biri” adlandırıb.

Qeyd edək ki, Tramp ilk prezidentlik dövründə də 1915-ci il hadisələrini nəzərdə tutarkən heç vaxt “soyqırımı” ifadəsini işlətməyib.

Xatırladaq ki, Ermənistan və erməni lobbisi Türkiyənin sələfi Osmanlı İmperiyasının guya 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırımı” törətdiyini iddia edir. Ankara iddiaları təkzib edərək hadisələrin araşdırılması üçün birgə komissiya yaratmağa çağırıb. Ermənistan təkliflərə cavab verməyib.

 

About Author