UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarında əlavə vaxtı ləğv etmək niyyətindədir.
“Xeberlenti.com” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bildirilib ki, dəyişikliklər gələn mövsümdən etibarən qüvvəyə minə bilər.
Bundan başqa, əsas mərhələdə olan 8 klub pley-off mərhələsinin bütün cavab oyunlarını evdə keçirmək hüququ əldə edə bilər.