Ukrayna Prezidenti Volodimir Zelenskinin Cənubi Afrikaya səfəri yarıda qalıb.
“Xeberlenti.com” xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Məlumata görə, buna səbəb Rusiya ordusunun ötən gecə paytaxt Kiyevi raket atəşinə tutması olub.
Bununla əlaqədar səfər çərçivəsində planlaşdırılan bir neçə tədbir təxirə salınıb.
Radiostansiyanın məlumatına görə, öz növbəsində Cənubi Afrika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Krispin Piri səfərin qrafikinə yenidən baxıldığını bildirib.
Cümə axşamı günü saat 05:00 radələrində (Bakı vaxtı ilə saat 07:00) Cənubi Afrikaya gələn Zelenski Prezident Siril Ramafosa ilə danışıqları başa vurduqdan sonra dərhal ölkədən ayrılıb.
Onlar arasında görüş yerli vaxtla saat 11:00-a (Bakı vaxtı ilə saat 13:00) baş tutub.