BMW 2025-ci ilin ikinci yarısında Çin bazarında öz avtomobillərinə “DeepSeek” süni intellektini təqdim etməyi planlaşdırdığını açıqlayıb.
“Xeberlenti.com” a istinadla xəbər verir ki, bu barədə avtokonsernin rəhbəri Oliver Tsipse Şanxay avtosalonunda məlumat verib.
Tsipse bildirib ki, Çin süni intellektdə, xüsusən də avtomobil sənayesində liderdir. Rəqəmsal həllər strategiyasının bir hissəsi olaraq, BMW süni intellekt köməkçiləri, səsli idarəetmə və fərdiləşdirilmiş xidmətlər daxil olmaqla, avtomobillərinin funksionallığını gücləndirmək niyyətindədir.
Onun sözlərinə görə, “DeepSeek” yerli xüsusiyyətlərə və Çin istifadəçilərinin ehtiyaclarına uyğunlaşdırılmış süni intellekt həllərinin yaradılması təcrübəsinə görə seçilib.
Şirkətin digər texnologiya nəhəngləri ilə tərəfdaşlıq etmək və süni intellekt imkanlarını digər bazarlara genişləndirmək planları hələ dəqiqləşdirilməyib.