XƏBƏRLENTİ

xeberlenti.com

Ürək xəstəliklərinin inkişafına təsir edən risk faktorları

Ürək xəstəliklərinin inkişafına təsir edən klassik 5 risk faktoru var.

“Xeberlenti.com” xəbər verir ki, bu barədə kardioloq İrina Vasilyeva teleqram kanalında məlumat yayıb.

Vasilyeva qeyd edib ki, risk faktorlarından biri yüksək qan təzyiqidir:

“Həmçinin, siqaret və piylənmə səbəbindən müxtəlif ürək patologiyalarının inkişaf ehtimalı artır. Bundan əlavə, diabet və qanda yüksək xolesterol səviyyəsi risk faktorları sırasına daxil edilir”.

Mütəxəssisin fikrincə, sadalanan amillər ömür müddətini 10 ildən çox azalda bilər. Lakin alimlərin araşdırmalarına görə, hətta orta yaşlarda da vəziyyəti düzəltmək hələ də gec deyil.

 

About Author