XƏBƏRLENTİ

xeberlenti.com

Ərdoğan gələn ay Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. 

“Xeberlenti.com” xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Bildirilib ki, Türkiyə prezidenti yaz aylarında sıx diplomatik səfərlər həyata keçirəcək.

May ayı üçün nəzərdə tutulmuş proqramda Azərbaycana səfər də var:

“Ərdoğan aprelin 29-da IV Hökumətlərarası Zirvə Görüşündə iştirak məqasədilə İtaliyaya gedəcək. Mayın 3-də Şimali Kipr Türk Respublikasında təşkil olunan TEKNOFEST-də iştirak edəcək. İyunda isə onun ABŞ-nin paytaxı Vaşinqtona gedəcəyi gözlənilir”.

 

About Author